
Dünya futbolu
400
10.08.2021, 09:40
Maldini fransız futbolçunu "Milan"a gətirir
"Transfer pəncərəsi"nin ən fəal klublarından olan "Milan" heyətini gücləndirməyə davam edir.
"Football-plus.az" saytının məlumatına görə, İtaliya klubu "Bordo"nun futbolçusu Yasin Adlini transfer etmək istəyir. A seriyası təmsilçisi artıq 21 yaşlı yarımmüdafiəçiyə görə qarşı tərəfə 10 milyon avro təklif edib. Fransız futbolçu ilə "Milan"ın idman direktoru Paolo Maldini şəxsən maraqlanır.
Qeyd edək ki, Adli 2019-cu ildən "Bordo"da çıxış edir.