"Barselona" Lionel Messi ilə müqavilə bağlamaq üçün son dəfə şansını sınayır.
"Football-plus.az" saytının məlumatına görə, Kataloniya klubunun baş direktoru Ferran Reverter futbolçu ilə danışıqlar aparıb və ona klubda qalmaq üçün yeni təklif edib.
Qeyd edək ki, avqustun 5-də "Barselona" Messi ilə müqaviləni yeniləməyəcəyini açıqlayıb. Bunun səbəbi İspaniya Kral Futbol Federasiyasının nizamnaməsində yazılan maliyyə və struktur maneləridi. Argentinalı hücumçunun PSJ-yə keçməyə yaxın olduğu bildirilir.