Daha bir futbolçu "Barselona" ilə yolları ayırmaq üzrədi.
"Football-plus.az" saytının məlumatına görə, Katoloniya təmsilçisinin üzvü Miralem Piyaniç də komandanı tərk edir. Bosniyalı futbolçu keçmiş klubu "Yuventus"a qayıtmağa hazırlaşır. Tərəflər arasında razılıq əldə olunub. "Qoca sinyora" Piyaniçi 1+1 illik heyətinə qatmağa yaxındı.
Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi daha əvvəl 4 il "Yuventus"un şərəfini qoruyub.