“Zirə”nin sabiq üzvü Klesio Bauk karyerasını Portuqaliyada davam etdirəcək.
"Football-plus.az" saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi “Maritimo” klubuna keçib. Bu barədə Poruqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mozambikli futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.[right][/right]
Qeyd edək ki, Bauk Azərbaycanda “Zirə” və “Qəbələ”də çıxış edib.