Cümə axşamı baş tutacaq "Qarabağ" - AEL oyununun hakimi məlum olub.
"Football-plus.az" saytının məlumatına görə, qarşılaşmanı estoniyalı hakim Kristo Tohver idarə edəcək. Hakim ötən mövsüm Avropa Liqasının qrup mərhələsində Ağdam təmsilçisin "Düdelanj"la ev matçını idarə edib. Həmin görüşdə Tohver 46-cı dəqiqədə "Qarabağ"ın oyunçusu Qara Qarayevə qırmızı vərəqə göstərib.
Qeyd edək ki, oyunda estonyalıya yan xətt hakimləri Silver Koiv və Sten Klasen kömək edəcək.