
Dünya futbolu
226
8.08.2021, 18:10
"Mançester Yunayted"in oyunçusu "Aston Villa"da
"Aston Villa" "Mançester Yunayted"dən müdafiəçi Aksel Tuanzebeni icarəyə götürüb.
"Football-plus.az"ın məlumatına görə, 23 yaşlı futbolçu 2021/22 mövsümündə icarə əsasında Birmingem təmsilçisinin formasını geyəcək.
Qeyd edək ki, Tuanzebe ötən mövsüm "Mançester Yunayted"də 9 matçda meydanda olub.
