İtaliya çempionu "İnter" transfer çalışmalarını davam etdirir.
"Football-plus.az" saytının məlumatına görə, Milan təmsilçisi Romelu Lukakunun "Çelsi"yə keçməsindən sonra yeni hücumçu transferinə hazırlaşır. "İnter" "Roma"dan Edin Cekonu heyətinə qatmağı planlaşdırır. "Göy-qaralar" 35 yaşlı bosniyalı hücumçu ilə razılıq əldə edib. "Volfsburq" , "Mançester Siti" kimi klublarda çıxış edən bosniyalı 2016-cı ildən "Roma"nın şərəfini qoruyur.
Qeyd edək ki, Edin Ceko karyerası ərzində keçirdiyi 637 oyunda 292 qol və 132 məhsuldar ötürmə ilə yadda qalıb.