“Barsa”dan getməyə məcbur olan Messi daha bir çətin seçim qarşısındadı: özünü Kataloniya paytaxtındakı qədər rahat hiss etməyə imkan verən klub tapacaqmı?

“Mançester Siti”

Messi hara gedə bilər?

Media Messi ilə MS-ni tez-tez bir-biri ilə əlaqələndirir. Xüsusən də 2020-nin yayında tərəflər anlaşmağa yaxın idi – onda “Barsa”dan buraxılmasını tələb edən argentinalı məhz Qvardiolanın yanıca can atırdı. Mançesterdə də onun yolunu gözləyirdilər.

• “The Guardian” yazırdı ki, şeyxlər Leonu “Siti”də görməkdən ötrü sinov gedir.

• Sövdələşməni yalnız pulsuz əsasda həyata keçirmək istəyirdilər ki, indi bunun üçün əlverişli şərait yaranıb.

• “Siti” 2020-nin yayında Lionelin nəhəng maaşına (“Barsa”da ildə 90 milyon avro qazanırdı) da hazırlaşmışdı. Klub alternativ ödəniş sistemi düşünmüşdü – MS-də üç il keçirəndən sonra ulduzun “Siti”nin sahiblərinə məxsus olan “City Football Group”un himayə etdiyi “Nyu-York Siti”yə yollanacağına təminat verilirdi.

• Hətta argentinalının Peplə söhbətinə dair də xəbərlər yayılmışdı. Leo müqavilənin maliyyə şərtlərinə köklənməməyi vəd etmişdi. Həmkarımız Veronika Brunatiyə inansaq, argentinalı Qvardiolaya belə deyib:

“Pul problem deyil. “Mançester Siti”də oynamaq istəyirəm”.

Nəticədə Bartomeunun israrı ilə Messini buraxmadılar və “Siti”nin arzusu çin olmadı. İngiltərə klubunun əsas kartı – Qvardiola hələ də yerindədi. Pep daim Messiyə heyranlıq duyur – məsələn, mayda onun qeyri-adi mentallığı haqda danışmışdı:

“O çox güclüdü, ən yaxşıdı. Bu ifadə xarakterinə, mentallığına da aiddi. Məşq oyunlarında heç vaxt uduzmurdu, uduzanda da məşğələdən qaçırdı. Tarixdə belə mentallığa sahib futbolçuların sayı 4 və ya 5 olub. Üstəlik, o istənilən yerdə oynamağa qadirdi, ustalığı sərhəd tanımır”.


PSJ

İnsayder Nikolo Skira artıq parislilərin Messi ilə bağlı durumu izlədiyi və mümkün transferlə bağlı danışıqlara başlamağa hazır olduğunu iddia edib. “The Athletic”in əməkdaşı dam Krefton də eyni məzmunlu xəbər yayıb:

“Deyirlər ki, Messi PSJ-yə keçidi reallaşdırmaq üçün birbaşa Maurisio Poçettino ilə əlaqə saxlayıb. Fransa klubu bunu həyata keçirməyin yolları ilə bağlı daxili müzakirələrə başlayıb. Srağagün gecədən etibarən bu yöndə fəal çalışmalar gedir. PSJ bu məsələdə şansını artırmaq üçün kommersiya tərəfdaşlıq imkanlarını öyrənir”.


“Marca” isə əminliklə əksini iddia edir: Parisdə Leonun transferi ilə bağlı niyyət yoxdu, klub Mbappe ilə müqavilə müddətini uzatmağa köklənib.

• Bir il əvvəl isə PSJ argentunalıya əsas iddialılardan idi, ötən ilin dekabrında fransalı jurnalist açıq-aşkar deyirdilər ki, Messi artıq PSJ-nin oyunçusudu. Görünür, həmin vaxt transfer çox real imiş.

• Bu ilin aprelində “TNT Sports” PSJ-nin niyyəti ilə bağlı daha bir cəlbedici xəbər yaydı: guya Messiyə fantastik şərtlərə malik üçillik müqavilə təklifi göndəriləcək. Leo komandanın ulduzlara dolu heyətini bir qədər də zənginləşdirə bilər.

“İnter”

Ən qeyri-real görünən variantlardan biridi. Milanda pulsuzluqdi, hərçənd 2020-nin yayında “İnter” də argentinalının transferinə can atırdı. “La Gazzetta dello Sport” hətta klubun Leoya 4 illik müqaviləyə görə 260 milyon avro ödəməyə hazır olduğunu yazırdı.
Messinin A seriyasına keçidi, demək olar ki, mümkünsüzdü. Milanlılar pulsuzluq üzündən Hakimini satıb, yaxınlarda Lukaku da klubu tərk edəcək. Bosslar qənaət rejiminə keçdiyindən argentinalını “İnter”də gözləməyə dəyməz.

“İnter Mayami”

Daha bir ekzotik variant MLS ilə bağlıdı. “Mayami”nin sahibi Devid Bekhemin Ronaldo ilə Messini transfer etmək arzusunu nəzərə alsaq, tam real ssenaridi. Bekhemin bu ilin fevralındakı açıqlamasına baxaq:

“Fanatlarımızın komandada böyük ulduzlar görmək istəyindən xəbərdarıq. Burda parıldayan İquayn və Matyuidi kimi oyunçularımız var. Ancaq gələcəkdə dünya səviyyəli ulduz gətirmək istəyirik. Əlbəttə, Messi və Ronaldo d onların sırasındadı. Mayami hamı üçün gözəl yerdi”.


Zahirən argentinalı özü də ABŞ-a yollanmağın əleyhinə deyil. 2018-in yanvarında “İnter Mayami” rəsmən MLS iştirakçıları sırasına qoşulanda Messi Bekhemə göndərdiyi videotəbrikdə Amerika klubunda oynamaqda maraqlı olduğuna işarə etmişdi: “Kim bilir, bəlkə bir neçə ildən sonra mənə zəng edəcəksiz...”
Üç il ötüb. Zəngin vaxtı deyilmi?

Son xəbərlər

Yunan-Roma güləşində yeni rekord

"Barselona"nın futbolçusu "Mançester Yunayted"də

"Qarabağ"ın səhmləri satışa çıxarıldı

Millimiz Andorraya uduzdu

"Qarabağ" ikinci yoldaşlıq oyununda da bərabərə qaldı - YENİLƏNİB

Güləşçilərimiz Avropa çempionatında daha 2 medal qazandı

Paralimpiyaçılarımızdan daha 4 medal

Güləşçimiz Avropa çempionatının finalında

"Çelsi" Rafinyanı transfer edir

Gənclər və İdman Nazirliyində kollegiya iclası keçirilib

"İstədiyimiz oyunçuların komandaya qoşulacağına inanıram" - Elmar Baxşıyev

"Qalatasaray" məşhur hücumçunu transfer edir

"Barselona" Levandovski üçün israrlıdı - Məbləği artırdı

"Qarabağ"ın oyunundan fotolar

"Zirə" məğlub oldu - YENİLƏNDİ

Lanqle İngiltərəyə gedə bilər

Region Kubokunun qalibi bəlli oldu - YENİLƏNDİ

"Qəbələ"nin sabiq üzvünün yeni klubu bəlli oldu

“Turan Tovuz” üçün şad xəbər: 1-i gəldi, 3-ü yoldadı

"Sumqayıt"da "yarpaq tökümü" davam edir: bu dəfə idman direktoru getdi

"Neftçi" ilə 2 illik müqaviləyə imza atan Regekampf indi də ...

"Cavab matçını evdə keçirməyimiz yaxşıdı" - Veşoviç

"Qarabağ" Almaniya klubu ilə bacarmadı - YENİLƏNİR

"Lex" heyətini gücləndirdi

"Turan Tovuz" "Neftçi"dən bu futbolçunu icarəyə götürdü

Portuqaliya Azərbaycana rəqib oldu

Baş məşqçi israr edir, Türkiyə klubu Ovusudan əl çəkmir

Transfer dosyesi - YENİLƏNİR

"Sabah"ın daha bir üzvü "Turan Tovuz"da

"Tam hazır olmasaq belə, döyüşəcəyik" - "Aris"in baş məşqçisi

Polad Həşimovun xatirəsinə həsr olunan ölkə birinciliyi başa çatıb

"Qarabağ"ın rəqibində gərginlik: baş məşqçi narazıdı

Kişilərdən ibarət milli komanda təlim-məşqlərə start verdi

"Neftçi" Türkiyədə 3 yoxlama oyunu keçirəcək

"Sabah"ın üzvü "Turan Tovuz"da - RƏSMİ

“Qəbələ”nin rəqibi təcrübəli hücumçusunu itirdi

"Sabah" qapıçı problemini necə həll edəcək? - AÇIQLAMA

"Bu hazırlığın faydasını gələcək oyunlarda görəcəyik" - Millinin baş məşqçisi

Krivotsyuk "Visla"ya lazım olmadı

Mahir Emreli oyunundan narazıdı

"Qarabağ"ın rəqibinin ilk qələbəsi

Azərbaycan Maltaya uduzdu

Mahir Emreli fərqləndi, "Dinamo" darmadağına sevindi - VİDEO

''Yuventus'' Türkiyə yığmasının forvardı ilə maraqlanır

Favr “Nitsa”ya qayıtdı, Qaltye isə Parisə yollanır

Bütün xəbərlər