Tokio-2020-də idmançıların çıxışı yekunlaşıb.
"Football-plus.az" saytının məlumatına görə, son gündə 8 idman növü üzrə 13 dəst medal sahibini tapıb.
Beləliklə, 3 gümüş və 4 bürünc medal qazanan olimpiya millimiz 67-ci pillədə qərarlaşıb. ABŞ 113 medalla (39 qızıl, 41 gümüş, 33 bürünc) birinci olub. 38 qızıl, 32 gümüş və 18 bürünc medal qazanan Çin ikinci yeri tutubsa, "3-lüy"ü 27 "qızıl", 14 "gümüş" və 17 "bürünc"lə Yaponiya qapayıb.