“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" saytının məlumatına görə, 28 yaşlı ispaniyalı yarımmüdafiəçi Kristian Sebalyosla 3 illik müqavilə bağlanıb.
Qeyd edək ki, “Barselona” Futbol Akademiyasının yetirməsi olan Sebalyos, karyerası ərzində İngiltərənin “Tottenhem” (2011/13), “Çarlton” (2015/16), Portuqaliyanın “Aroka” (2013/14), Belçikanın “Sent-Trüden” (2016/19), Qətərin “Al-Vakra” (2019/21) və “Qatar” (2020/21) klublarında çıxış edib.
Kristian “Sabah”da "11" nömrəli formada oynayacaq.