Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi TMW radiosuna müsahibə verib. O, legioner həyatı yaşayan oyunçularımız və yığma komanda haqda danışıb:
"Nəhayət, milli komandanın üzvləri ölkə xaricinə çıxmağa başlayırlar. Onlardan ikisi - Mahir Emreli və Anton Krivotsyuk Polşa çempionatında çıxış edir. Bu, həm onlar, həm də mənim üçün yaxşı təcrübə olacaq.
Azərbaycan millisi artıq daha sürətli və qərarlı oynayır. Sadəcə, qol vurmaq bizim üçün bir az çətindi. Bu da sırf keyfiyyətlə bağlı olan məsələdi. Oyunçuların beynəlxalq təcrübəsinin olması çox vacibdi. Bu mənada, "Atalanta" bizim üçün yaxşı variant ola bilərdi. Lakin fərziyyələr üzərində işləmək hər zaman çətindi. Təzyiqin az olması daha çox kömək edir.
"Qarabağ" Avropada ən uğurlu çıxış edən komandalardan biridi. Özünüzü beynəlxalq kontekstdə qiymətləndirmək çox vacibdi".
Mütəxəssis argentinalı ulduz Messi barədə də danışıb:
"Messi həm ailəsi, həm də şəxsi maraqları üçün doğru saydığı seçimi edəcək. Çempionları, hər şeyi qazananları hərəkətə gətirən budu".