Avropa çempionatının final mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası “Savaria” beynəlxalq turnirində çıxışını başa vurub.
Vüqar Əliyevin komandası Macarıstanda təşkil olunan yarışda qələbə üzünə həsrət qalıb.
Voleybolçularımız 3-cü görüşdə Çexiyaya 0:3 hesabı ilə uduzublar. Nəticədə millimiz turniri sonuncu pillədə bitirib.