Yay Olimpiya Oyunlarının başa çatan cüdo yarışlarından sonra yeni dünya reytinqi açıqlanıb.
"Football-plus.az"ın məlumatına görə, Azərbaycan milli komandasının üç idmançısı “Top-10”da yer alıb.
Bayraqdarımız Rüstəm Orucov Tokio-2020-də medalsız qalması səbəbindən bir pillə geriləyərək üçüncü sırada qəralaşıb.73 kq çəkidə Olimpiadanın 5-cisi olan cüdoçumuz reytinqinə 792 xal əlavə edərək ümumi xallarının sayını 7157-yə çatdırıb.
Cüdoçularımızdan yeganə medal qazanan İrina Kindzerska bürünc sayəsində reytinqinə 1100 xal əlavə edib. +78 kq çəki mübarizə aparan təmsilçimiz aktivini 7314-ə çatdırsa da, dünya sıralamasında 3-cü pillədə qalıb. 100 kq çəkidə 9-cu olan Zelim Kotsoyevin də mövqeyi dəyişməz qalıb. 5097 xala malik legionerimiz Tokio-2020-də reytinqini artıra bilməyib.