Yay Olimpiya Oyunlarında kişilər arasında futbol yarışlarına yekun vurulub.
"Football-plus.az"ın məlumatına görə, final matçında Braziliya ilə İspaniya üz-üzə gəlib. Braziliya 45+2-ci dəqiqədə Mateus Kunyanın vurduğu qolla hesabı açıb. İspaniyadan cavab matçın 61-ci dəqiqəsində gəlib. Mikel Oyarzabal bərabərlik qolunun müəllifi olub. Qarşılaşmanın 90 dəqiqəsində qalib müəyyənləşməyib və görüş əlavə vaxta gedib. Malkom 108-ci dəqiqədə vurduğu qolla Braziliya yığmasına 2:1 hesablı qələbə qazandırıb. Bununla da “sambaçılar” Olimpiadada ardıcıl 2-ci çempionluğunu qeyd edib.