"Medal qazandığım üçün çox xoşbəxtəm".
"Football-plus.az"ın məlumatına görə, bu sözləri Tokio-2020-nin bürünc mükafatçısı, yığmamızın qadın güləşçisi Mariya Stadnik deyib.50 kq çəki dərəcəsində Monqolustan təmsilçisi Namuuntsetseq Oçir üzərində inamlı qələbə qazanan güləşçimiz görüşdən sonra hisslərini bölüşüb:
“Dünən axşam narahat idim. Çünki qızıl medal qazana bilmədim. İndi başa düşürəm ki, Olimpiya medalı nə deməkdi. Bir çox idmançı mənim yerimdə olmaq istəyərdi. Bu medalı qazandığım və belə idman karyerasına sahib olduğum üçün Allahıma şükür edirəm. Çox xoşbəxtəm ki, bu gün 3-cü yeri tutdum. Emosiyalıyam, nə deyəcəyimi bilmirəm”.