Qadın güləşçimiz Mariya Stadnik idman tariximizə düşüb.
"Football-plus.az"ın məlumatına görə, o, Tokio-2020-də bürünc medal qazanıb. Bununla da Stadnik karyerasında 4-cü Olimpiya medalını əldə edib. 33 yaşlı güləşçimiz idman tariximizdə bunu ən çox bacaran şəxs olub.
Stadnik Pekin-2008-də bürünc, London-2012 və Rio-2016-da isə gümüş medal əldə edib. Tokio-2020-dəki medalla birlikdə onun 2 gümüş və 2 bürünc medalı olub.
İSMAYIL XEYRULLAYEV