Çempionlar Liqasının son qalibi "Çelsi" heyətini "Yuventus"un futbolçusu ilə gücləndirməyə hazırlaşır.
"Football-plus.az" saytının məlumatına görə, London təmsilçisi turinlilərin müdafiəçisi Matiyas de Lixi transfer etməyə çalışır. "Zadəganlar" bunun üçün "Yuventus"a 50 milyon funt-sterlinqlə yanaşı, Timo Verneri də təklif etməyi planlaşdırır.
Qeyd edək ki, "Çelsi"nin baş məşqçisi Tomas Tuxel alman hücumçunu əsas heyətə salmağı düşünməiyini bildirib.