
Dünya futbolu
228
7.08.2021, 13:30
"Milan"dan yeni transfer həmləsi
"Milan" heyətini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
"Football-plus.az" saytının məlumatına görə, İtaliya təmsilçisi "Atalanta"nın futbolçusu Yosip İliçiçi transfer etmək niyyətindədi. "Qırmızı-qaralar" sloveniyalı hücumçu ilə danışıqlar aparıb və oyunçu ilə razılığa gəlinib.
"Atalanta" İliçiçi "Vest Hem"lə yoldaşlıq görüşünün iştirak ərizəsinə salmayıb. Bu da oyunçunun "Milan"a keçəcəyi iddialarını daha da gücləndirib.
Qeyd edək ki, hücumçunun "Atalanta" ilə 30 iyun 2022-ci ilə qədər müqaviləsi var.