“Neftçi” təqdirəlayiq mübarizə apardı. Deyərdim ki, oyun baxımından da üstün idi. Rəqibin başabaş mübarizə aparmasının əsas səbəbi oyun praktikasının çox olması idi".
Bu sözləri "Futbol+" qəzetinə açıqlamasında Yunis Hüseynov deyib. Təcrübəli mütəxəssis Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" - HİK matçını dəyərləndirib. Hüseynov flaqmanın səfərdən qalib ayrılacağına inandığını bildirib:
"Finlandiya çempionatında 15-ci həftənin görüşləri baş tutub və HİK də son matçını 3 gün əvvəl keçirib. Bizdə isə premyer-liqa hələ başlamayıb. “Neftçi”də praktika azlığı var. Finlər də pis təsir bağışlamadı. Əvvəllər daha çox güc futbolu nümayiş etdirirdilər. Amma bu qarşılaşmada onların artıq taktiki və düşünülmüş oyunla çıxış etdiyini gördük. Bizimkilərin oyununda praktika azlığı hiss olunsa da, sona qədər mübarizə apamağı bacardılar. Bakılıların Finlandiyadakı qarşılaşmadan qələbə ilə qayıdacağına inanıram”.