Orxan Əliyev karyerasını Gürcüstanda davam etdirəcək.
25 yaşlı hücumçu qonşu ölkənin ikinci liqasında mübarizə aparan "Sioni" klubuna transfer olub. Bu barədə Bolnisi təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Azərbaycanlı futbolçu yeni klubunda "9" nömrəli forma ilə çıxış edəcək.
Xatırladaq ki, Orxan Əliyev "Sumqayıt", "Xəzər Lənkəran", "Kəpəz", "Porto" və "Zirə" klublarının üzvü olub.