
Dünya futbolu
264
6.08.2021, 18:00
"Barselona" Messidən daha üstündü" - Xuan Laporta
Leo Messi ötən gün 21 il şərəfini qoruduğu klubunu tərk edib.
"Football-plus.az" saytının məlumatına görə, argentinalı ulduz "Barselona" ilə yeni müqavilə imzalamamasına aydınlıq gətirib. Messi qeyd edib ki, klubun prezidenti Xuan Laporta futbolçuya onu komandada saxlayacaqları təqdirdə bunun Katoloniya təmsilçisinə 50 illik zərbə vura biləcəyini deyib:
"Klubun 100 yaşı var və hər kəsdən, hər şeydən, hətta dünyanın ən yaxşı oyunçusundan da üstündü. Bizim üçün etdiyi hər şeyə görə Messiyə həmişə təşəkkür borclu olsaq belə, onun üçün "Barselona"nın gələcəyini riskə ata bilmərik".