Cek Qrilişin bir ayağı, necə deyərlər, Mançesterdədi. “Mançester Siti” “Aston Villa”nın futbolçusunu transfer etməyə çox yaxındı.
Tanınmış jurnalist Fabritsio Romano şəxsi “tvitter” səhifəsi vasitəsilə İngiltərə klublarının transferlə bağlı razılığa gəldiyini xəbər verib. Razılığa əsasən, MS 100 milyon funt sterlinq (117 milyon avro) təzminat ödəyəcək. Bu is britaniyalı futbolçular üçün ən bahalı transfer olacaq. Artıq 25 yaşlı yarımmüdafiəçi yeni klubu ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırıb. Cekin “şəhərlilər”lə müddəti 2026-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayacağı da məlum olub. Dünən yerli mənbələr onun bu gün tibbi müayinədən keçəcəyini xəbər vermişdi.
Qeyd edək ki, Qriliş “Aston Villa”da 2013-cü ildən oynayır. Ötən müddətdə premyer-liqada 185 oyuna 29 qol vuran futbolçu İngiltərə yığmasında 12 matçda meydana çıxıb.