Macarıstanın Samboteli şəhərində qadın voleybolçular arasında “Savaria” beynəlxalq turniri təşkil olunub.
“Football-plus.az” saytının məlumatına görə, Vüqar Əliyevin rəhbərlik etdiyi milli komandamız ilk görüşdə meydan sahiblərinə uduzub - 2:3 (23:25, 25:23, 25:17, 22:25, 15:17). Növbəti rəqiblər Niderland və Çexiya olacaq.
Qeyd edək ki, yığmamız Avropa çempionatının final mərhələsinə hazırlaşır. Milli A qrupunda Belçika, Fransa, Bosniya və Hersoqovina, Rusiya və meydan sahibi Serbiya ilə qarşılaşacaq. Avropa çempionatının final mərhələsi avqustun 18-də start götürəcək və sentyabrın 4-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq