
Dünya futbolu
372
6.08.2021, 13:00
"Mançester Siti"dən "Adana Dəmirspor"a transfer
"Adana Dəmirspor" yeni oyunçu transfer edib.
"Football-plus.az" saytının məlumatına görə, Türkiyə təmsilçisi "Mançester Siti"nin 22 yaşlı qolkiperi Aryanet Murici heyətinə qatıb. Futbolçu icarə əsasında 1 il Adana təmsilçisində çıxış edəcək. Muric Kosovo millisinin də qapısını qoruyur.
Qeyd edək ki, 26 illik fasilədən sonra superliqaya vəsiqə qazanan "Adana Dəmirspor" Mario Balotelli, Yunus Belhanda, Yonas Svensson, Lukas Kastro, Benjamin Stambuli kimi futbolçuları transfer edib.