Tokio-2020 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.
Sərbəst güləşçilərimizdən Hacı Əliyevlə Şərif Şərifov, həmçinin qadın təmsilçimiz Mariya Stadnik medal şanslarını davam etdirir.
6 avqust
Sərbəst güləş
Kişilər
65 kq
İdmançımız bu çəki dərəcəsində finala vəsiqə qazanıb. Hacı Əliyev həlledici görüşdə Takuto Otoquro ilə qarşılaşıb. Qarşılaşma yaponun 5:4 hesablı qələbəsi ilə başa çatıb.
97 kq
Şərif Şərifov tələsiverici görüşdə gürcüstanlı Elizbar Odikadze ilə güləşib. Pəhləvanımız gərgin keçən qarşılaşmanı 7:5 hesabı ilə aktivinə yazıb. O, bürünc medal uğrunda kubalı Reyneris Salas Pereslə qarşılaşıb. Görüş rəqibin xeyrinə başa çatıb - 3:4. Bununla da Şərif Şərifov Tokio-2020 Olimpiya Oyunlarını 5-ci başa vurub.
Qadınlar
50 kq
Mariya Stadnik bürünc medal uğrunda yarışıb. Güləşçimizin rəqibi Namuuntsetseq Oçiri (Monqolustan) olub. Görüş Mariyanın asan qələbəsi ilə yekunlaşıb - 10:0. Stadnik bununla Olimpiadada çıxışını bürünc medalla bitirib.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 13:15-də başlayacaq.