“Kəpəz”in yeni transferi Cavid İmamverdiyev keçidi ilə bağlı mətbuat xidmətinə açıqlama verib.
Yarımmüdafiəçi Gəncə klubuna gəlməklə karyerasında yeni səhifə açdığını bildirib:
“Azərbaycan futbolunda Gəncənin xüsusi yeri var. Bu mənada “Kəpəz” futbolumuzun göz bəbəyi, ad qoymuş bir klubdu. “Sarı-göylər”in aşağı dəstədə oynaması qəbuledilməzdi. “Kəpəz” elitada çıxış etməlidi. İnşallah, bunun reallaşması üçün çalışacağıq, elə ona görə də burdayıq. Komandanı əvvəlki vaxtlarına qaytarmalıyıq. Əlimizdən nə gəlirsə, onun artığını edib kollektivin ənənəsini bərpa edəcəyik. Düşünmürəm ki, Gəncə klubuna keçməklə geri addım atmışam. Əksinə, karyeramda yeni səhifə başlayır. İnanıram ki, burda növbəti uğurumu qazanacam. “Kəpəz”də böyük futbolçular oynayıb. Mən də bura vaxt keçirməyə gəlməmişəm. Adımı komandanın tarixinə yazdırmaq istəyirəm. Çoxsaylı azarkeşlərimizin də dəstəyi ilə məqsədimizə çatacağıq. Mənə inanan, etimad göstərən klub rəhbərliyinə, baş məşqçimiz Yaşar Vahabzadəyə minnətdaram”.