Bir neçə müddətdi adı PSJ ilə hallanan Paul Poqbanın taleyinə aydınlıq gəlib.
“Football-plus.az”ın məlumatına görə, yarımmüdafiəçi mövsümə "Mançester Yunayted"də başlayacaq və yalnız bundan sonra gələcəklə bağlı qərarını verəcək. Poqba heç vaxt rəsmi olaraq "qırmızı şeytanlar"la yeni müqavilə imzalamaqdan imtina etməyib.
PSJ də fransalı ilə maraqlanır və baş verən prosesləri yaxından izləyir. Parislilərin bu və ya gələn həftə Poqba ilə müqavilə imzalamaq ehtimalı azdı.
Xatırladaq ki, Paulun "Mançester Yunayted"lə sözləşməsi 2022-ci ilin yayında başa çatacaq.