"Bavariya" Coşua Kimmixlə yeni müqavilə imzalayacaq.
"Football-plus.az"ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin yayına qədər uzadılacaq.
Bununla da o, Münhen klubunda Robert Levandovskidən sonra ən çox maaş alan futbolçu olacaq. Kimmixin ilə 20 milyon avro qazanacağı gözlənilir.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm 39 matçda meydana çıxıb, 6 qol vurub, 14 qolun ötürməsini verib.