Tokio-2020 Yay Olimpiya Oyunlarında karate yarışları başlayıb.
Yaponiya paytaxtına üç idmançı ilə yollanan Azərbaycan karate yığması da mübarizəyə qoşulub.
67 kq çəki dərəcəsindəki təmsilçimiz Firdovsi Fərzəliyev A qrupunda yarışa start verib. O, ilk görüşdə Eray Şamdana (Türkiyə) 1:7 hesabı ilə uduzub. Karateçimiz ikinci qarşılaşmada Naoto Saqoya (Yaponiya) qalib gəlib – 1:0. Üçüncü görüşdə Firdovsi Darxan Assadılova (Qazaxıstan) 2:6 hesabı ilə uduzub.
Qrupda ilk iki yerdən birinin sahibi kimi yarımfinala çıxmağı hədəfləyən idmançımız daha 1 görüşə çıxıb. Fərzəliyev Əli Əlsavi (Misir) ilə üz-üzə gəlib. Görüş 1:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.
Qeyd edək ki, karate millimizi Tokioda təmsil edən Rafael Ağayev (75 kq) sabah, İrina Zaretska (+61 kq) isə avqustun 7-də döyüşə çıxacaq.