Killian Mbappenin “Real”ın maraq dairəsində olduğu çoxlarına bəllidi.
Lakin İspaniya nəhəngi qiymətinin çox baha olmasına görə onu bu yay sıralarına qatmaq gücündə deyil. Fransa millisinin və PSJ-nin hücumçusunun Madrid klubuna azad agent kimi keçəcəyi halda qazana biləcəyi bonusun məbləği məlum olub. Bir sıra mənbələr 22 yaşlı hücumçunun 40 milyon avro əldə edə biləcəyini xəbər verir. Kilianın parislilərlə müqaviləsinin müddəti gələn yay başa çatacaq və səbəbkar klubundan aldığı yeni təklifi qəbul etməyə tələsmir. Bunu isə məhz “Real”da oynamaq üçün etdiyi söylənilir.
Onu da qeyd edək ki, Mbappenin transfer qiyməti təxminən 160 milyon avro dəyərləndirilir.