Dünən Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbət yoxlama oyununu keçirib.
“Dalğa Arena”da keçirilən qarşılaşmada gürcüstanlı yaşıdları ilə qarşılaşan millimiz 2:3 hesabı ilə məğlub olub. U-19-un heyətində Vüsal Əliyev və Mahmud Ağayev fərqlənib. Bu komandalar arasında növbəti oyun avqustun 6-da keçiriləcək.