Almaniya kubokunun bir oyunu baş tutmayacaq.
Birinci mərhələnin “Bremer” - “Bavariya” matçı təxirə salınıb. Oyunun təxirə salınmasına “Bremer”in bir neçə oyunçusunda koronavirusa yoluxma faktı aşkarlanması səbəb olub.
Buna görə də matç əvvəlcədən nəzərdə tutulduğu vaxtda - avqustun 6-sında keçirilməyəcək. Kubok oyununun nə vaxt oynanılacağı haqda hələlik məlumat verilməyib.