“Çelsi” yeni hücumçu axtarışındadı.
“Football-plus.az”ın məlumatına görə, ingilis klubu artıq Timo Vernerin xidmətində maraqlı deyil.
“Zadəganlar” ötən mövsüm böyük ümidlərlə 75 milyon avroya transfer etdiyi alman oyunçunun yerinə heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır. Baş məşqçi Tomas Tuxel Vernerin performasından razı deyil.
Qeyd edək ki, buna əsas səbəblərdən biri də oyuçunun Avropa çempionatında da heç nə ilə yadda qalmamasıdı.