Bu gün Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi” HİK ilə qarşılaşacaq.
“Ağ-qaralar”ın heyətində hücumçu çatışmazlığı yaşanır. Namik Ələskərov zədəlidi, Mirabdulla Abbasovun səhətində problem yaşadığı üçün qarşılaşmada iştirak edə bilməyəcək. Belə məqamda "Neftçi" Finlandiya çempionuna qarşı necə mübarizə aparacaq? Ümumiyyətlə, "ağ-qaralar"ımn Helsinki təmsilçisi ilə görüşdə şanslarını nə qədərdi?
Suallarımızı Azərbaycan millisinin köməkçi məqşçisi Arif Əsədova ünvanladıq. Tanınmış mütəxəssis hər iki klubun şanslarının bərabər olduğunu bildirdi:
“Neftçi” yalnız bir mərhələ adladı. Flaqmanın çıxışı ilə bağlı mənfi və müsbət fikirlər oldu. Müsbət cəhət “Dinamo” ilə qarşılaşmalardakı əzmkar mübarizədə idi. Mənfi nüans isə, təbii ki, “Neftçi”nin hələ də istənilən əzmkarlığı göstərə bilməsidi. Komandanın tam hazır olmaması, yeni oyunçuların heyətə uyğunlaşmaması buna səbəb idi. “Olimpakos”la oyunlarda əsas favorit yunan təmsilçisi idi. Rəqibdən danışmağa ehtiyac yoxdu. Pireylilər kifayət qədər təcrübəli klub idi. Təmsilçimiz bu oyunlarda pis çıxış etmədi. Xüsəsən də səfərdəki qarşılaşmada “Neftçi”nin daha yaxşı oynadığını düşünürəm. Namikin yoxluğu flaqman üçün böyük itki oldu. Paytaxtdakı oyunda da bunu gördük. HİK-lə qarşılaşmada hansı tərəfin favorit olduğunu deyə bilmərəm. “Neftçi” bu rəqibi üstələyə bilər. “Ağ-qaralar”da oyun baxımından yalnız heyətdə problem yaşanarsa, sıxıntı ola biləcəyini düşünürəm. Rəqib Finlandiya çempionudu. Milli komanda vaxtlarımızdan bilirəm ki, finlər daha atletik olurlar. Hər iki komandanın şanslarının bərabər olduğunu fikirləşirəm".
SƏNƏM FƏRHADOVA