“Sabah” futbolçusu Ozan Can Kökcü ilə yollarını ayırıb.
23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Niderlandın “Telstar” klubuyla razılığa gəlinib.
Ozan Can 2019-cu ildən komandanın uğurları üçün çalışırdı. Ötən mövsümün ikinci yarısını “Telstar”da icarədə keçirən Kökcü, “Sabah”da ümumilikdə 29 oyunda meydana çıxıb.
Klub futbolçuya xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır.