Luis Suares 34 yaşında olsa da, “Atletiko” rəhbərliyi onunla yeni müqavilə bağlamağı planlaşdırır.
“Marka” qəzetinin məlumatına görə, mövcud sözləşməsinin müddəti 2022-ci ilədək nəzərdə tutulan uruqvaylı hücumçunun Madrid klubunda daha bir il çıxış etmək şansı olacaq.
Başqa sözlə, Luis 36 yaşına qədər “hindular”ın sıralarında top qovmağa yaxındı. “Atletiko”ya ötən il “Barselona”dan keçən futbolçu komandasının İspaniya çempionu olmasında 32 oyuna 21 qol vurmaqla rol oynayıb.