Corco Kyellininin məsələsinə aydınlıq gəlib. “Yuventus” təcrübəli futbolçu ilə müqaviləni yeniləyib.
İtaliya klubunun rəsmi saytının məlumatında 36 yaşlı müdafiəçi ilə ikiillik yeni müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, “Yuventus”da 2005-ci ildən oynayan Kyellininin əvvəlki anlaşmanın vaxtı iyunun 30-da sona çatmışdı.
Corcodan fərqli komandanın digər aparıcı futbolçusu Kriştiano Ronaldonun Turin klubunda qalıb-qalmayacağına hələ də rəsmən aydınlıq gəlməyib. “AS” nəşri onun “Yuventus”dan ayrılmaq istədiyi haqda xəbər yayıb.
İddiaya görə, 36 yaşlı hücumçu “Real”a qayıtmaq istəyir. Portuqaliyalının fikrincə, Karlo Ançelottinin Madrid klubuna yenidən baş məşqçi təyin olunması keçidin reallaşmaq ehtimalını artırır.
Xatırladaq ki, Ronaldo “Yuventus”a 2018-ci ildə məhz “Real”dan keçib