Tokio Yay Olimpiya Oyunlarında kubalı idmançı tarix yazıb.
“Football-plus.az”ın məlumatına görə, ölkəsini yunan-Roma güləşində təmsil edən Mixain Lopes Nunyes ardıcıl 4-cü dəfə olimpiya çempionu adına yiyələnib. O, Pekin-2008, London-2012, Rio de Janeyro-2016-nın ardından Tokio-2020-də də qızıl medal qazanıb.