''Qalatasaray'' prezidenti Burak Elmas Türkiyə mətbuatına diqqətçəkən açıqlamalar verib.
Başqan son günlər adı klubla yanaşı hallanan və FKSB-nin 10 milyon avro tələb etdiyi rumuniyalı yarımmüdafiəçi Olimpiu Morutanla bağlı heç bir rəsmi təkliflərinin olmadığını və bunnan sonra da olmayacağını söyləyib. Xəlil Dərvişoğlunun məsələsində hələ ki klubu ''Brentford'' onun satılıb-satılmamasıyla bağlı bir qərar verməyib. Elmas yaxın günlərdə ingilislərlə yenidən görüşəcəyini qeyd edib. Başqan ən önəmli açıqlamanı isə ''Qalatasaray''ın iki əsas ulduzu – Falkao və Fequli barəsində verib. O vurğulayıb ki, hər iki oyunçudan özlərinə yeni klub tapmaları xaiş olunub:
''Falkao və Fequli ilə görüşüb söhbət etdim. İkisinin də bizə böyük faydası dəyib. Amma illik məvacibləri yüksəkdi. Yeni maliyyə strategiyamız çərçivəsində onlara bu məbləğləri ödəmək imkanımız yoxdu! İkisindən də özlərinə yeni klub tapmalarını xaiş etdim. Ümid edirəm ki, bu xaişimizə əməl edəcəklər. İkisiylə də xoş şəkildə yollarımızı ayırmaq istəyirik. Sırf maddi səbəblər üzündən gələn mövsüm bizim planlarımıza daxil deyillər. Bu, idarə heyətinin qərarıdı. Fatih Terimin də qərarları ola bilər. Gözləyib buna görə hərəkət edəcəyik''.
Qısaca qeyd edək ki, 2 ildi ''Cim-Bom''un şərəfini qoruyan Falkao ilk mövsümdə 5 milyon avro qazanmışdısa, keçən mövsüm 700 min avroluq endirimə razılıq verərək 4,3 milyon avro qazanmışdı. 2017-dən ''Qalatasaray''da olan Fequlinin illik qazancı isə 3,8 milyon avro idi.