AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik təyinat alıb.
“Football-plus.az” saytının AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, Konfrans Liqasının 3-cü mərhələsinin cavab oyununda iş başında olacaq.
Stuxlik avqustun 12-də, Bazel şəhərindəki “Sankt-Yakob Park” stadionunda keçiriləcək “Bazel” (İsveçrə) – “Uypeşt” (Macarıstan) oyununun hakim-inspektoru təyin edilib.