Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
“Football-plus.az”ın məlumatına görə, Azərbaycanın yarışdakı yeganə təmsilçisi "Neftçi"nin də potensial rəqibi məlum olub. “Ağ-qaralar” 3-cü təsnifat mərhələsində Finlandiya HİK-ini mübarizədən kənarlaşdırsa, növbəti mərhələdə Türkiyənin "Fənərbaxça" klubu ilə qarşılaşacaq. İlk görüş İstanbul təmsilçisinin meydanında keçiriləcək.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları 19-26 avqust tarixlərində baş tutacaq.
“Neftçi” HİK-ə məğlub olarsa, yoluna Konfrans Liqada davam edəcək. Turnirdə “ağ-qaralar”ın rəqibinin adına aydınlıq gəlib. "Ağ-qaralar"ın potensial rəqibi “Makkabi” (Hayfa, İsrail) – HB (Farer adaları) cütünün qalibi olub.