Bu gün Konfrans Liqasının püşkatması oldu.
Burda Azərbaycan təmsilçisi "Qarabağ"ın rəqibi bəlli olub. Mərasim Bakı vaxtı ilə saat 16.00-da start götürüb. Ağdam təmsilçisinin Kipr AEL-i ilə təşkil etdiyi cüt püşkdə səpələnmişlərdən olub.
Qurban Qurbanovun yetirmələri rəqibini keçəcəyi halda, “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, AEL – “Qarabağ” oyunları avqustun 5-də və 12-də, pley-off matçları 19-da və 26-da keçiriləcək.