İsmael Bennaser koronavirusa yoluxub.
"Football-plus.az"ın məlumatına görə, “Milan”ın oyunçusu bu səbəbdən iyulun 31-də “Nitsa” ilə keçirilən yoxlama oyununda iştirak edə bilməyib. 23 yaşlı əlcəzairli yarımmüdafiəçinin İtaliya çempionatının son mövsümündə 21 oyun keçirdiyini xatırladaq.
Alvaro Odriosoladan götürülən COVID-19 testi də müsbət nəticələnib. “Real”ın müdafiəçisi dərhal ətraf aləmdən təcrid olunub. 25 yaşlı ispan futbolçu İspaniya çempionatının ötən mövsümündə meydana çıxdığı 13 oyunda 2 qol vurub.