“Topçular” heyətini yeni futbolçu ilə gücləndirib.
“Football-plus.az”ın məlumatına görə London təmsilçisi “Brayton”dan 23 yaşlı ingilis müdafiəçi Ben Uaytı transfer edib. “Arsenal”ın baş məşqçisi Mikel Arteta keçid barədə mətbuata bu fikirləri səsləndirib:
“Ben bizim əsas hədəfimiz idi. O, çox istedadlı və öz üzərində çalışan oyunçudur. Uaytla yaxından maraqlanmışam. Onun “Brayton” və “Lids”də göstərdiyi performansı idman direktorları ilə birgə izləmişik və klub üçün əla işlər görəcəyinə əminik”.
Qeyd edək ki, müdafiəçi yeni mövsümdə 4 nömrəli formada çıxış edəcək.