"Ayaks"ın futbolçusu Noah Qessir 16 yaşında vəfat edib.
"Football-plus.az"ın məlumatına görə, gənc oyunçu dünən yol-nəqliyyat faciəsi ilə üzləşib. Qessirin səyahət etdiyi maşın taksi ilə toqquşub. Hadisə nəticəsində futbolçunun 18 yaşlı qardaşı da ölüb. Taksi sürücüsü xəstəxanaya yerləşdirilib.
Bu gün "Ayaks" "Leypsiq"lə yoldaşlıq matçı keçirəcək. Futbolçular oyuna Noahın xatirəsinə qollarında qara sarğı ilə çıxacaqlar. Matçdan əvvəl bir dəqiqəlik sükut olacaq.