Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin AEL - "Qarabağ" matçında azarkeş sayına heç bir məhdudiyyət qoyulmayıb.
"Football-plus.az"ın məlumatına görə, bunu Kipr mətbuatı bildirib. “Tisiro” arenasında oynanılacaq görüşə 7400 nəfər azarkeş gələ biləcək. Bu isə stadionun tam tutumudu.
Qeyd edək ki, avqustun 5- i keçiriləcək oyun 21.00-da başlayacaq. Cavab oyunu isə avqustun 12-si Bakıda olacaq.