Məlum olduğu kimi Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində PSV-dən ümumilikdə 7 top buraxan və hər iki oyunda məğlub olan ''Qalatasaray'' mübarizəni Avropa Liqasının 3-ü təsnifat mərhələsində davam etdirəcək.
''Sarı-qırmızılar'' burda Şotlandiya təmsilçisi ''Sent-Conston'' ilə qarşılaşacaq. Bu arada UEFA-nın yeni qərarından sonra məlum olub ki, AL-in təsnifatının pley-offunda iki əzəli və barışmaz rəqib – ''Fənərbaxça'' ilə ''Qalatasaray'' üz-üzə gələ bilər! ''Fənər'' bu turnirdə mübarizəyə pley-offdan başlayacaq. Avqustun 2-də püşkatma mərasimi keçiriləcək. UEFA püşkatmadan öncə qaydalarda dəyişiklik olduğunu və artıq pley-offda eyni ölkənin klublarının bir-biriylə qarşılaşa biləcəyini açıqlayıb. ''Fənər'' püşkatma zamanı birinci torbada olacaq. UEFA-nın açıqlamasına görə 1-ci torbanın rəqibləri 4-cü torbadakılar olacaq. ''Qalatasaray'' - ''Sent-Conston'' cütünün qalibi isə 4-cü torbada yer alacaq. Bu da o deməkdi ki, AL-in təsnifatının pley-offunda iki İstanbul nəhənginin qarşılaşması kifayət qədər real görsənir. Amma bunun baş verməsi üçün ilk növbədə ''Qalatasaray'' ''Sent-Conston''u mütləq mübarizədən kənarlaşdırmalıdı.