"Qarabağ"ın Cənubi Kipr AEL-nə qarşı Konfrans Liqasının 3-cü təsnifat mərhələsində keçirəcəyi oyunlarına təyinatlar açıqlanıb.
“Football-plus.az” saytının məlumatına görə, Larnaka şəhərində baş tutacaq ilk görüş isveçli hakimlər briqadasına həvalə olunub. Baş hakim Qlenn Nyuberqə laysmanlar Mahbod Beyqi və Andreas Söderkvist yardım edəcək. Dördüncü hakim funksiyasını isə Boyan Panciç yerinə yetirəcək.
Cavab matçına isə estoniyalı hakimlər təyinat alıb. Qarşılaşmanı Kristo Tover idarə edəcəksə, laysmanlar Silver Koyvla Step Klaasen, dördüncü hakim Karl Koppeldi.
Qeyd edək ki, ilk oyun avqustun 5-də, Bakı vaxtı ilə saat 21.00-da "AEK Arena"da baş tutacaq. Bir həftə sonra Tofiq Bəhramov adına Respublika Stadionunda gerçəkləşəcək cavab görüşü isə 20.00-da başlayacaq.