Konfrans Liqsının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 5-də keçiriləcək AEL – "Qarabağ" matçının biletləri satışa çıxarılıb.
Bu məlumatı Limasol təmsilçisinin rəsmi saytı yayıb. Xəbərdə deyilir ki, oyunu Skay-Boks da izləmək istəyənlər 10 nəfər üçün 500 avrosundan keçməlidi. VİP-ə biletin qiyməti 25 avrodu. Burda yerlərin sayı isə 250-di. Qərb tribunasında oturub oyuna baxmaq istəyənlər 15 avro, şərqdə oturanlar isə 10 avro ödəməlidilər.
14 yaşa qədər uşaqların stadiona girişi pulsuzdu. Xatırladaq ki, matç əvvəlcədən planlaşdırldığı kimi Limasolda yox, Larnakadakı AEK Arena”da oynanılacaq.