MBA-da 2020/21 mövsümü başa çatandan sonra “Leykers”in forvardı Lebron Ceyms karyerası ərzində 1 milyard dollar qazanan ilk basketbolçu kimi tarixə düşüb.
Bunu onun son mövsümdə 39 milyon dollar qazanmasə şərtləndirib.
“Sportico” nəşri tədqiqat zamanı basketbolçunun həm MBA-dakı maaşını, həm də reklam müqavilələrini nəzərə alıb. Söhbət yalnız basketbol karyerası ərzində qazanılan puldan gedir. Yazıda o da qeyd olunur ki, “Çikaqo”nun əfsanəsi Maykl Cordanın milyarderlər sırasına düşməsinə azacıq para çatmayıb. MBA-nın altıqat çempionu bu liqada 15 mövsüm keçirib, Lebron isə 18-ci mövsümü arxada qoydu.
Fəaliyyətdə olan oyunçular arasında əməkhaqqına görə digər liderlər Kevin Dürant (“Bruklin”, 580 milyon) və Stefen Karridi (“Qolden Steyt”, 430 milyon).